Analitiklərin məlumatına görə, Apple 2027-ci ildə ilk qatlanan iPhone modelini təqdim edəcək. Cihaz Samsung Galaxy Z Fold6 kimi şaquli qatlanan olacaq. Xarici ekran 7.8 düym, daxili isə 5.5 düym ölçüsündə gözlənilir. Apple Face ID texnologiyasını bu modeldə istifadə etməyəcək, əvəzinə Touch ID -ni geri qayıdacaq.
Cihazın qalınlığı qatlanmış halda 9 mm, açıq vəziyyətdə isə 4.5 mm olacaq. Çərçivələr titandan, qatlanma sistemi isə maye metaldan hazırlanacaq ki, bu da həm dayanıqlılığı artıracaq, həm də ekranın ortasındakı qat izini minimuma endirəcək.
Apple batareya ömrünü uzatmaq üçün xüsusi enerji səmərəli IC-drayverlərdən istifadə edəcək. Lakin batareyanın hansı texnologiya ilə hazırlanacağı hələ dəqiq bilinmir. Modelin Foxconn zavodlarında NPI mərhələsinə keçdiyi və kütləvi istehsalın 2026-cı ilin sonunda başlanacağı bildirilir. İlkin satış qiyməti 2299 dollar olacaq.
Qatlanan iPad-MacBook hibridi də hazırlanır
Apple təkcə qatlanan iPhone deyil, həm də iPad və MacBook-un birləşdiyi hibrid cihaz üzərində işləyir. Cihazın 18.8-20.2 düymlük OLED ekranı olacaq və fiziki klaviatura yerinə tam sensorlu panel təklif ediləcək.
Bu modelin macOS əməliyyat sisteminin sensorlu versiyası ilə işləyəcəyi gözlənilir. Hətta macOS 16 dizaynında ediləcək bəzi dəyişikliklərin məhz bu hibridə uyğunlaşdırıldığı bildirilir. Apple bu cihazı 2026-2028-ci illər arasında bazara çıxara bilər.
Fikirləriniz ?