21 C
Баку
Понедельник, 25 августа, 2025
spot_img

Trampın rüsumları «iPhone»larının qiymətini 40 faizədək bahalaşdıra bilər

ABŞ Prezidenti Donald Trampın müxtəlif ölkələrdən idxala tətbiq etdiyi rüsumlar “iPhone” smartfonlarının qiymətini 30-40 faiz bahalaşdıra bilər.

Bu barədə “Reuters” agentliyi xəbər verir.

Bildirilir ki, “iPhone” modellərinin çoxu hələ də Çində istehsal edilir. ABŞ isə bu ölkəyə 54 faiz həcmində rüsum tətbiq edib.

Məlumata görə, hazırda qiyməti 799 dollar (təqribən 1 360 manat — red.) olan “iPhone 16”nın baza modeli 1 142 dollaradək (təqribən 1 941 manat — red.) bahalaşa bilər.

Hazırda 1 599 dollara (təqribən 2 720 manat — red) satılan 6.9 düymlük ekrana və 1 TB yaddaşa malik “iPhone 16 Pro Max” isə 2 300 dollaradək (təqribən 3 900 manat — red.) bahalaşa bilər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr