28 C
Баку
Воскресенье, 8 июня, 2025
spot_img

Qaldı gələn ilə. Grand Theft Auto 6 rəsmi olaraq 26 may 2026-cı ildə çıxacaq

 Təxminən keçən ilin ortalarından başlayaraq müxtəlif insayderlər GTA VI-nın təxirə salınacağını bildirirdilər, Take-Two isə əksini iddia edirdi.

Grand Theft Auto VI-nın rəsmi çıxış tarixi 26 may 2026-cı ilə qədər təxirə salınıb. Təxirə salınmanın səbəbi isə sadədir — oyun təcrübəsinin daha yaxşı olması üçün onu upgrate etmək ehtiyacı.

“Biz hər yeni oyunumuzla gözləntilərinizi aşmağı hədəfləmişik və bu layihə də istisna deyil. Ümid edirik ki, əlavə vaxta ehtiyacımızı anlayışla qarşılayacaqsınız: bu, sizə layiq olduğunuz keyfiyyət səviyyəsinə çatmaq üçün gərəkli idi”, — deyə müəlliflər qeyd ediblər.

Təxirə salınma xəbəri yayılandan sonra Take-Two-nun səhmləri bir anda 15% dəyər itirdi — investorlar GTA VI-nın bu il çıxacağına ciddi ümid edirdilər. Ştraus Zelnick isə səhmdarları əmin edib ki, oyun mütləq çıxacaq və bu, Take-Two üçün böyük gəlir dövrünün başlanğıcı olacaq.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr