25 C
Баку
Воскресенье, 8 июня, 2025
spot_img

Jeep tam elektrikli «Compass» yolsuzluq avtomobilini təqdim etdi

Stellantis konserninin bir hissəsi olan Amerika brendi “Jeep” yeni “Compass” yolsuzluq avtomobilini təqdim etdi. Şirkət markanın etibarlılığını, çox yönlülüyünü və qabaqcıl texnologiyasını klassik modellərindən miras aldığını, lakin onun yalnız hibrid və ya tam elektrik versiyalarında mövcud olduğunu bildirir.

Model STLA Medium platforması üzərində qurulub, bu platformadan Peugeot, Citroën və Vauxhall da istifadə edir. Compass-ın elektrik versiyası iki variantda təklif olunur: 73 kVt/saat tutumlu batareya ilə 500 km-ə qədər məsafə qət edə bilən və 96 kVt/saat tutumlu batareya ilə 650 km-ə qədər məsafə qət edə bilən modellər. Avyomobilin maksimal gücü 229 at gücünə çatır.

İki mühərrikli ən güclü 4xe modifikasiyası isə 370 at gücü və 3100 Nm fırlanma anı təqdim edir. 160 kVt gücündə sürətli şarj sistemi akkumulyatoru 10%-dən 80%-ə qədər cəmi 30 dəqiqəyə doldura bilir.

İlk tədarüklər 2025-ci ilin sonuna planlaşdırılıb. Jeep, 2,5 milyon nüsxə satılan “Avenger” modelinin uğurunu təkrarlamağı hədəfləyir. Şirkət artmaqda olan C-SUV – kompakt krossover və yolsuzluq avtomobilləri seqmentinə xüsusi diqqət ayırır. Yeni modelin qiyməti hələ açıqlanmayıb.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr