Telegram-ın qurucusu Pavel Durov etiraf edib ki, özü ilə mobil telefon daşımır. Bu barədə o, yeni müsahibəsində amerikalı jurnalist Taker Karlsona danışıb.
Durovun sözlərinə görə, onun smartfonu var, amma ondan demək olar ki, istifadə etmir:
“Telefon diqqəti yayındırır. Üstəlik, məxfilik hüququnu pozur. Əgər diqqətimi cəmləməliyəmsə, o zaman noutbuk və ya iPad-dən istifadə edirəm”, – deyə o bildirib.
Durov əvvəllər də informasiya gigiyenasına ciddi yanaşması ilə tanınırdı — o, smartfonlardan, sosial şəbəkələrdən və rəqəmsal səs-küydən uzaq durur. Onun fikrincə, məhz bu cür rəqəmsal asketlik ona Telegram-ın inkişafına fokuslanmağa və məhsuldar olmağa imkan verir.
Müsahibədə Durovun Fransada həbs olunması mövzusuna da toxunulub, lakin əsas diqqət rəqəmsal təhlükəsizlik və internetdə ünsiyyət azadlığı məsələlərinə yönəlib.
Fikirləriniz ?