23 C
Баку
Воскресенье, 6 июля, 2025
spot_img

Rekordların rekordu: Nintendo Switch 2-nin satış nəticələri buraxılışdan cəmi dörd gün sonra açıqlandı

5 iyun tarixində “Nintendo Switch 2”-nin satışlarına start verildi — gözlənildiyi kimi, satışlar olduqca yüksək səviyyədədir. Şirkət cəmi dörd gün ərzində əldə olunan nəticələri açıqlayıb: bu, şirkət tarixində ən sürətlə satılan konsol olub.

Cəmi bir həftə ərzində dünyada 3,5 milyonadək “Nintendo Switch 2” konsolu satılıb. Bu göstərici şirkətin tarixində rekorddur — indiyədək heç bir cihaz bu qədər tez satılmayıb. Məsələn, ilk Switch modelinin 2,74 milyon ədəd satılması üçün bir ay lazım olmuşdu. Üstəlik, cihazlarda qıtlıq yaşanmayıb: tələbatın yüksək olacağını gözləyən şirkət öncədən kifayət qədər ehtiyat hazırlamışdı.

Qeyd edək ki, şirkət bu ilin sonuna qədər 13 milyon ədəd cihaz satmağı planlaşdırır — yeniliyin uğuruna o qədər əmindirlər ki, jurnalistlərə test üçün belə nüsxələr göndərilməyib. Bu arada, “ifixit” mütəxəssisləri təmir baxımından ürəkaçan nəticələrə gəlməyib: relizdən cəmi bir neçə gün sonra “Switch 2”-nin təmir imkanı 10 üzərindən cəmi 3 balla qiymətləndirilib. Məsələn, kart yuvası indi birbaşa lövhəyə lehimlənib, cihazda tərkibi məlum olmayan qəribə rəngli termopasta istifadə olunub, həmçinin kontrollerlərdə hələ də driftə meyilli olan potensiometrlər yer alır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr