24 C
Баку
Суббота, 5 июля, 2025
spot_img

Vitality komandası «BLAST.tv Austin Major 2025″in çempionu oldu

Dan “apEX” Madesclaire-in komandası 3–22 iyun tarixlərində ABŞ-ın Ostin şəhərində keçirilən və dünyanın 32 ən güclü komandasının iştirak etdiyi Counter-Strike 2 üzrə ilin ilk major turniri olan BLAST.tv Austin Major 2025-in qalibi olub.

Finalda Vitality komandası The MongolZ kollektivinə qarşı 2:1 hesabı ilə qalib gəlib. Qarşılaşmanın nəticələri belə olub: Mirage – 5:13, Dust2 – 13:4, Inferno – 13:6.

Qeyd edək ki, hazırda Madesclaire-in komandası Valve dünya reytinqində birinci yerdədir, Byambasuren “bLitz” Garidmargai və onun komanda yoldaşları isə ilk dördlükdə yer alırlar.

Xatırladaq ki, hər iki finalçı turnirin ilk iki mərhələsini keçərək birbaşa üçüncü mərhələyə vəsiqə qazanmışdı. Vitality qrup mərhələsini məğlubiyyətsiz başa vurub, The MongolZ isə iki məğlubiyyətlə finala qədər irəliləyib. Finala gedən yolda Vitality NAVI və MOUZ komandalarını turnirdən kənarlaşdırıb, The MongolZ isə FaZe və paiN kollektivlərini məğlub edib.

Birinci yer üçün Vitality 500 min ABŞ dolları mükafat qazanıb. İkinci yerin sahibi olan The MongolZ isə 170 min dollar əldə edib. BLAST.tv Austin Major 2025-in ümumi mükafat fondu 1.25 milyon dollar təşkil edib.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr