2021-ci ildə döyüş oyunları seriyası olan Mortal Kombat-ın kinoadaptasiyası o qədər də uğurlu qarşılanmadı və bu səbəbdən ikinci hissənin elanına pərəstişkarlar skeptik yanaşdılar. Lakin illərlə davam edən istehsal prosesi və təqdim olunan qısa treylerlər boşa getmədi – film nəhayət ki, tam formatda ilk treylerini aldı.
New Line Cinema və Warner Bros. Pictures kino şirkətləri “Mortal Kombat 2” filminin debüt treylerini təqdim etdilər. Treylerdə pərəstişkarların yaxşı tanıdığı bir çox əsas qəhrəmanlar yer alır: Karl Urbanın ifasında Conni Keyc, Kitana, Sonya Bleyd, Skorpion, Reyden, Sindel və başqaları. Film Conni Keycin ölümcül turnirə düşməsindən və dünyanın məhv edilməsinin qarşısını almaq üçün mübarizə aparmasından bəhs edir.
Yeni adaptasiyanın ilk hissəsi 2021-ci ildə ekranlara çıxmış və soyuq qarşılanmışdı – film izləyicilərdən cəmi 10 baldan 6.2 bal toplamışdı. Qeyd edək ki, “Mortal Kombat 2”nin premyerası 24 oktyabr 2025-ci ilə planlaşdırılıb. Filmin müəllifləri daha əvvəl test nümayişlərinin uğurlu keçdiyini bildiriblər: ilk izləyicilər filmdən heyranlıqla danışıblar və onu ilk “Avengers” (Qisasçılar) filminə bənzədiblər.
Fikirləriniz ?



