21 C
Баку
Понедельник, 25 августа, 2025
spot_img

Insanabənzər robot «Walker S2» öz batareyasını özü dəyişir — fasiləsiz 24/7 işləyə bilir — [Video]

Çin şirkəti UBTech, Walker S2 adlı insanabənzər robotunu təqdim edib. Bu model əvvəlkilərdən fərqli olaraq avtomatik batareya dəyişmə sistemi ilə təchiz olunub. Əvvəlki versiyalar şəbəkədən enerji yığmağa ehtiyac duyurdusa, Walker S2 iki ədəd çıxarıla bilən batareya ilə işləyir və onları öz-özünə dəyişərək fasiləsiz fəaliyyətini davam etdirə bilir.

Batareyalardan birinin enerjisi bitmək üzrə olduqda, Walker S2 şarj stansiyasına yaxınlaşır, korpusunun yuxarı hissəsini açır və boşalmış batareyanı özü çıxarır. Bütün bu proses cəmi bir neçə dəqiqə çəkir, sonra robot işinə davam edir. Stansiya yalnız batareyaları şarj etmir, həm də onların vəziyyətini təhlil edir və köhnəlmiş modulları yoxlayır.

Walker S2 şarj stansiyasını tapmaq və tam dolu batareyanı (yaşıl işıqla işarələnmiş) seçmək üçün kameralar və sensorlardan istifadə edir. Onun boyu 170 sm təşkil edir və “üz” yerində statusu göstərmək üçün ekran yerləşdirilib.

Gözlənilməz hallar üçün robotun arxa tərəfində təcili söndürmə düyməsi var. Bu texnologiya, robotların sənayedə demək olar ki, fasiləsiz işləməsinə imkan yaradır. Amma UBTech hələ ki, Walker S2-nin tam texniki xüsusiyyətlərini, qiymətini və satış tarixini açıqlamayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr