29 C
Баку
Пятница, 22 августа, 2025
spot_img

Gamescom 2025 sərgisinə 72 ölkədən 1500-dən çox iştirakçı qatılacaq

Hər avqustda sənaye nəhəngləri Gamescom-a gəlir və təbii ki, sərgiyə ən yeni layihələrini gətirirlər. İllər keçdikcə tədbir böyüyür və 2025-ci ildə Köln şəhərində iynə atsan yerə düşməyəcək.

Koelnmesse sərgi mərkəzinin prezidenti Gerhard Böz maraqlı bir xəbər paylaşıb: Gamescom 2025-də 72 ölkədən təxminən 1500 iştirakçı (yəni studiya və nəşriyyat təmsilçiləri) toplaşacaq. Bözün sözlərinə görə, bu rekord göstəricidir: 16 illik tarixində ilk dəfədir ki, konfrans oyun sənayesindən bu qədər nümayəndəni bir araya gətirir.

Buna görə də tədbir üçün 233 min kvadratmetr sahə ayrılacaq (əvvəlki rekord — 230 min kvadratmetr). Açılış mərasimi kompleksin 1-ci zalında keçiriləcək və bu zal 5000 nəfərlik tutuma malikdir.

Gamescom 2025, Bakı vaxtı ilə 19 avqust saat 22:00-da başlayacaq. Sərgidə Nintendo, Xbox, 2K, Bandai Namco, Bethesda Softworks, Blizzard Entertainment, CD Projekt RED, Krafton, Capcom və digər nəşriyyatlar iştirak edəcək. Şirkətlər təkcə treylerləri deyil, həm də gələcək hitlərin demo versiyalarını gətirəcəklər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr