“Sensor Tower” analitik şirkətinin məlumatına görə, “Mafia: The Old Country” oyununun satışları beş gün ərzində bütün platformalarda 800 min nüsxəyə çatıb, bunun 48%-i Sony konsoluna məxsusdur. Nəticə o qədər də yüksək sayılmır — adətən bu cür yüksəkbüdcəli layihələrin maya dəyərini ödəməsi üçün ən azı bir neçə milyon nüsxə satışı tələb olunur.
Orta oyun vaxtı 8,8 saat olub — halbuki tam keçid təxminən 12 saat vaxt aparır. Analitiklər qeyd edirlər ki, müəlliflərin yenidən xətti quruluşa qayıtmaq qərarı düzgün addım idi: layihə bütün platformalarda oyunçuları eyni dərəcədə cəlb etdi və uzunmüddətli layihələrlə müqayisədə çox az oyunçu oyunu yarımçıq qoydu.
Üstəlik, satışların orta qiyməti 60 dollar götürüldükdə, şirkətin bu müddət ərzində təxminən 48 milyon ABŞ dolları gəlir əldə etdiyi hesablanır.
Fikirləriniz ?