29 C
Баку
Пятница, 22 августа, 2025
spot_img

OpenAi-nin top-meneceri süni intellektin populyarlığına baxmayaraq, təhsillə məşğul olmağı tövsiyə edib

OpenAI Direktorlar Şurasının sədri Bret Teylor bəyan edib ki, neyroşəbəkə köməkçilərinin və “vibe-coding” konsepsiyasının yayılmasına baxmayaraq, tələbələr hələ də informatika sahəsində ali təhsil almalıdırlar.

Onun fikrincə, universitet proqramı tələbələrə sistemli düşünməyi öyrədir və müxtəlif texnologiyaların öyrənilməsi üçün möhkəm təməl yaradır. Teylor vurğulayıb ki, informatika yalnız kod yazmaqdan ibarət deyil: universitet kursu tələbələrə kompüter arxitekturası, əməliyyat sistemləri, yaddaşın işi və digər texniki aspektləri anlamağı öyrədir.

O qeyd edib ki, süni intellekt köməkçiləri proqramlaşdırmanı sadələşdirsə də, onlar sadəcə yeni bir abstraksiya səviyyəsi əlavə edirlər. Süni zəka tərəfindən yaradılmış koddan effektiv istifadə etmək üçün onu analiz edə bilmək, səhvləri tapmaq və real layihələrdə tətbiq oluna biləcəyini anlamaq vacibdir. Fundamental biliklər olmadan neyroşəbəkənin işini yoxlamaq mümkün deyil.

Teylor həmçinin vurğulayıb ki, “vibe-coding” tərəfdarları çox vaxt seni zəkanın yaratdığı kodu təkmilləşdirərkən çətinliklərlə üzləşirlər. Lokal düzəlişlər etmək əvəzinə, onlar neyroşəbəkədən kodu tamamilə yenidən yazmağı xahiş edirlər ki, bu da proqramın işlək hissələrinin sıradan çıxmasına səbəb ola bilər. Onun fikrincə, baza təhsili olmadıqda bu cür hallar yalnız artacaq.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr