10.4 C
Баку
Воскресенье, 22 марта, 2026
spot_img

iPhone 17: təqdimat tarixi, qiymət və əsas xüsusiyyətlər

Apple rəsmi olaraq tarix açıqladı! 9 sentyabr 2025-ci ildə, Bakı vaxtı ilə 21:00-da Apple Park – Steve Jobs Teatrında keçiriləcək möhtəşəm tədbirdə şirkət yeni iPhone 17 seriyasını təqdim edəcək. Tədbirin şüarı – “Awe dropping”

Tədbirdə nələr olacaq?

iPhone 17 seriyası – tamamilə yeni dizaynla
Ən incə model – iPhone 17 Air (cəmi 5.5 mm qalınlıq, 6.6” ekran)
Google Pixel-ə bənzər yeni kamera bar dizaynı
120 Hz ProMotion LTPO ekran – Pro modellərdə “Always-On” dəstəyi ilə
Kamera inqilabı:
– 24 MP ön kamera
– Pro modellərdə 48 MP telefoto + 8x optik zoom
Performans: A19 və A19 Pro prosessorları, 12 GB-a qədər RAM
Şarj və enerji: 35W sürətli şarj + Qi 2.2 kablosuz şarj

Software və süni intellekt yenilikləri

iOS 26 – Liquid Glass interfeysi
Apple Intelligence + Siri – daha ağıllı süni intellekt imkanları
Yeni Games App, call screening və canlı danışıq tərcüməsi

Təxmini qiymətlər (ABŞ bazarı):

– iPhone 17 → 900$
– iPhone 17 Air → 999$
– iPhone 17 Pro → 1299$
– iPhone 17 Pro Max → 1799$

Bu təqdimatın ən maraqlı tərəfi Apple-ın uzunmüddətli dizayn strategiyasını davam etdirməsidir. Şirkət illərdir qalınlığı azaltmağa, eyni zamanda performansı maksimum dərəcədə artırmağa çalışır. iPhone 17 Air bunun bariz nümunəsi olacaq – həm estetik, həm də texnoloji baxımdan bazarda yeni standartlar qoyacaq.

Digər tərəfdən, Apple Intelligence ilə Siri artıq sadəcə köməkçi yox, real süni intellekt əsaslı “ağıllı dost” funksiyasına çevriləcək. Bu, istifadəçilərin gündəlik həyatına ciddi rahatlıq gətirəcək – danışıqların tərcüməsindən tutmuş zənglərin filtrasiyasına qədər hər şey daha ağıllı şəkildə idarə olunacaq.

Gələcək planlar:
Qatlanabilən iPhone
2027-ci ildə 20 illik yubiley iPhone

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr