Son 20 ildə zövq üçün oxumağa maraq tam 40% azalıb. Florida Universiteti və London Universitetinin tədqiqatçıları 2003–2023-cü illər arasında 236 min yetkin amerikalının məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.
Əgər 2004-cü ildə sorğu iştirakçılarının 28%-i hər gün kitab oxuyurdusa, 2023-cü ilə qədər bu rəqəm 16%-ə düşüb. Əsas səbəb rəqəmsal əyləncələrin yaratdığı rəqabət göstərilir. Maraqlıdır ki, oxumağa davam edənlər kitab üçün daha çox vaxt ayırmağa başlayıblar.
Marağın azalması xüsusilə aşağı gəlirli, təhsili zəif və şəhərdən kənarda yaşayan insanlar arasında daha çox nəzərə çarpır. Bu da göstərir ki, problem yalnız qacetlərlə bağlı deyil, sosial bərabərsizlik və ədəbiyyata çıxış imkanları da mühüm rol oynayır.
Mütəxəssislər xatırladırlar ki, oxumaq psixi sağlamlıq, empatiya və savadlılığın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Vəziyyəti dəyişmək üçün tədqiqatçılar dövlət səviyyəsində təşəbbüslərin inkişafını təklif edirlər — məsələn, kitab klublarının açılması. Kollektiv oxu, o cümlədən uşaqlarla birlikdə, kitablara marağı geri qaytarmağın bir yolu ola bilər.
Fikirləriniz ?



