Apple bu gün, əsas iPhone 17-dən əlavə olaraq, son illərin bəlkə də ən çox gözlənilən smartfonunu – iPhone Air modelini təqdim etdi. Yenilik inanılmaz dərəcədə nazik korpusa (və ondan xeyli çıxıntı edən kameraya) sahib olsa da, Apple-ın sözlərinə görə, yüksək möhkəmliyə malikdir: «iPhone Air indiyədək yaradılmış bütün iPhone modellərindən daha möhkəmdir».
iPhone Air cəmi 5,6 mm qalınlığında titandan hazırlanmış korpusa malikdir. Apple-a görə, bu material yeni modeli indiyədək buraxılmış bütün iPhone-lar arasında ən möhkəm edir. Ön və arxa tərəfi isə Ceramic Shield 2 şüşəsi qoruyur. Smartfon 6,5 düymlük OLED displey ilə təchiz olunub, ekranın yenilənmə tezliyi isə 120 Hz-ə qədərdir.
Yeni modelin əsasında Apple-ın indiyədək yaratdığı «ən enerjiyə qənaətcil» prosessor – Apple A19 Pro yerləşir. O, altı nüvəli mərkəzi prosessoru, təkmilləşdirilmiş beş nüvəli qrafik prosessoru və gücləndirilmiş süni intellekt blokunu birləşdirir. Nəticədə bu çipset «MacBook səviyyəli performansı iPhone-a gətirir».
iPhone Air-in əsas xüsusiyyətləri:
• Dünyanın hər yerində yalnız eSIM ilə istifadə ediləcək.
• Yeni Center Stage ön kamera.
• 48 MP-lik arxa Fusion kamera: standart olaraq 24 MP fotolar, foto üslubları və daha çoxu. Fokus məsafələri: 26 mm, 28 mm, 35 mm, 52 mm.
• Yeni C1X modem – əvvəlki C1-dən 2 dəfə sürətli, iPhone 16 Pro modemindən 30% daha az enerji sərf edir.
• Apple tərəfindən hazırlanmış tamamilə yeni N1 çipi, Wi-Fi və Bluetooth işini təmin edir.
• Titan materialı: «indiyədək olan bütün iPhone-lardan daha möhkəm».
• Rənglər: kosmik qara, bulud ağ, açıq qızılı və göy mavisi.
Fikirləriniz ?



