Ultra-nazik iPhone Air və əsas iPhone 17 ilə yanaşı, Apple bu günkü təqdimatında flaqman modellərini – iPhone 17 Pro və iPhone 17 Pro Max-ı da təqdim etdi. Yenilik tamamilə yenilənmiş dizayna və daha güclü aparat platformasına sahibdir.
Dizayn və materiallar
Kamera bloku artıq arxa panelin bütün eni boyunca uzanır. Yeni iPhone Pro modellərinin korpuslarında Apple titan ərintisi əvəzinə yenidən alüminiumdan istifadə edib. Bundan başqa, yan kənarlar artıq əvvəlki kimi yumru formadadır, düz deyil. Ön və arxa panellər isə Ceramic Shield 2 qoruyucu şüşə ilə örtülüb. Flaqman modellər cəmi üç rəngdə satışa çıxarılacaq: gümüşü, parlaq narıncı və tünd mavi.
Texniki imkanlar
Hər iki modelin ürəyində yeni A19 Pro prosessoru yerləşir: 6 nüvəli CPU, 5 nüvəli GPU və təkmilləşdirilmiş NPU süni intellekt modellərinin lokal işlədilməsi və neyron şəbəkə alqoritmlərinin emalı üçün nəzərdə tutulub. Apple həmçinin yeni soyutma sistemini vurğulayır ki, bu da güclü çipin stabil işləməsini təmin edir.
Kameralar
Arxa tərəfdəki üç kamera indi hər biri 48 MP icazəlidir. Teleobyektiv artıq 5 dəfə yox, 4 dəfə optik zum (EFR 100 mm) təklif edir, lakin 48 MP sensor sayəsində 8 dəfə böyütməni keyfiyyət itkisi olmadan təmin edir. Rəqəmsal zum isə 48 dəfə yaxınlaşdırmaya qədər yüksəlib.
Ön kamera Center Stage funksiyasına sahibdir və 18 MP təsvir ölçüsü təklif edir.
Video imkanları
iPhone 17 Pro indi ProRes RAW formatında çəkiliş aparmağa imkan verir və Genlock dəstəyi ilə gəlir.
Fikirləriniz ?



