5 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Apple yeni «iPhone»larda cızıqlarla bağlı şikayətlərə cavab verdi

Bir neçə gün davam edən yeni iPhone-larda cızıqların sürətlə yaranması ilə bağlı müzakirələrdən sonra Apple nəhayət ki, vəziyyəti şərh etdi. Şirkətin nümayəndəsi 9to5Mac-ə açıqlamasında əslində nə baş verdiyini izah edib.

Xatırladaq ki, internet Apple Store mağazalarından gələn şəkillərlə dolmuşdu — insanlar satışın ilk günündən etibarən cızıqlanmış iPhone 17 Pro və iPhone Air modelləri ilə üzləşirdilər. Apple nümayəndəsi bildirdi ki, aşkar edilən qüsurlar əslində cızıq deyil. Şirkətin sözlərinə görə, söhbət pərakəndə satış nöqtələrindəki köhnəlmiş MagSafe-altlıqlardan qalan izlərdən gedir. Altlıqların materialı korpusda iz buraxır, lakin təmizlənmə zamanı bu izlər tamamilə yox olur. Apple artıq belə stendlərin əvəz olunması üzərində işləyir və oxşar problemlərin ötənilki modellərdə də müşahidə edildiyini qeyd edib.

iPhone 17 Pro-nun kamera blokunun iti kənarlarında yaranan qopmalarla bağlı Apple izah edib ki, həmin hissə şirkətin digər alüminium korpuslu cihazlarında olduğu kimi hazırlanıb və bu cür kənarlarda zamanla istismar nəticəsində təbii izlər əmələ gəlir.

Şirkət vurğulayıb ki, iPhone 17 Pro korpusu 7000 seriyalı alüminium ərintisindən hazırlanıb, anodik örtüyə malikdir və aşınmaya davamlılıq üçün sınaqdan keçirilib. Apple xatırladır ki, bütün cihazları möhkəmlik baxımından test edilir və normal istifadəyə uyğunlaşdırılıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr