Şayiələrə görə, Samsung qarşıdan gələn Galaxy S26 Ultra flaqmanında titanı alüminiumla əvəz etməyi nəzərdən keçirir. Bənzər addımı yaxınlarda Apple da atmışdı — şirkət iPhone 17 Pro modelində titan materialından imtina etdi. Səbəb kimi zəif istilikötürmə qabiliyyəti və, yəqin ki, yüksək maya dəyəri göstərilir.
Galaxy S25 Ultra əvvəlki nəsillər kimi titan çərçivə ilə təqdim olunmuşdu. Amma istisna deyil ki, yeni nəsildə Samsung da bu metaldan imtina edib, alüminiuma üstünlük versin. Xüsusilə nəzərə alsaq ki, Galaxy S26 Ultra haqqında yayılan məlumatlara görə, cihaz 4,74 GHz-ə qədər sürətə malik sürətləndirilmiş Snapdragon 8 Elite Gen 2 prosessoru ilə təchiz olunacaq, belə halda effektiv soyutma sistemi xüsusi əhəmiyyət daşıyacaq.
Qiymət faktoru da az önəmli deyil: titan flaqman modellərin istehsalını bahalaşdırır, alüminiumdan istifadə isə qurğunun qiymətini saxlamağa imkan verəcək, həm də yığma keyfiyyətindən güzəştə getmədən. Üstəlik, Samsung artıq S25 seriyasının baza modellərində özünün Armor Aluminum ərintisindən istifadə edir və bu material zədələrə qarşı yaxşı davamlılıq göstərib.
İnsayderlərin məlumatına görə, Galaxy S26 seriyasına aid smartfonlar sələflərindən daha nazik olacaq, eyni zamanda daha tutumlu batareyalar və təkmilləşdirilmiş soyutma sistemi ilə gələcək.
Fikirləriniz ?



