5 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Yanğın zamanı Çin elektromobili avtomatik şəkildə akkumulyatoru ayıraraq bayıra atır

Çində elektromobillər üçün qeyri-adi təhlükəsizlik sistemi nümayiş etdirilib və bu, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Naməlum elektrik yolsuzluq avtomobilinin təqdimatı zamanı onun akkumulyatorunun yanğın aşkarlandıqda güclü şəkildə avtomobildən “atıldığı” göstərilib.

Bu ideya elektromobillərin əsas problemi – batareyanın alışması məsələsinə cavab olaraq ortaya çıxıb. Belə hallar zamanı elektrik avtomobillərini söndürmək çətindir və problemi aradan qaldırmaq üçün böyük miqdarda su tələb olunur. Həlli, China Vehicle Collision Repair Technical and Research Center ilə əməkdaşlıq edən mühəndislər təklif ediblər.

Konstruksiya akkumulyator blokunu avtomobildən yan tərəfə, sanki tosterdən çıxan tost parçası kimi “atır”. Lakin belə texnologiyanın geniş miqyasda tətbiqi hələ sual altındadır, çünki on metrlərlə uzağa atılan litium-ion batareya özü də təhlükə yarada bilər.

Epoch Times-ın məlumatına görə, bu ixtira Joyson Electronics şirkətinə aid edilsə də, şirkət bu iddianı təkzib edib. Qeyri-adi təqdimat daha çox şübhə və istehza ilə qarşılanıb, lakin diqqətdən kənarda qalmayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr