14.1 C
Баку
Понедельник, 23 марта, 2026
spot_img

Media: Apple şirkəti rəhbərliyində dəyişiklik etməyə hazırlaşır

Bloomberg-in məlumatına görə, Amerika brendi rəhbərlikdə genişmiqyaslı dəyişikliklərə hazırlaşır. Apple şirkətinin rəhbərliyində gözlənilən əsas dəyişiklik – Tim Kukun baş direktor vəzifəsindən getməsi olacaq. Nəşr artıq onun mümkün varisini də açıqlayıb.

Baş direktor vəzifəsinə əsas namizəd kimi mənbə Apple-ın avadanlıq istehsalı üzrə baş vitse-prezidenti Con Ternusu göstərir. O, zəngin texniki təcrübəyə malikdir və artıq şirkətin məhsullarının hazırlanması prosesində mühüm qərarlar qəbul edib.

Bundan əlavə, Ternusun yaşı da onun xeyrinə işləyir: 50 yaşında o, şirkətin ən gənc top-meneceri sayılır. Bu da nəzəri cəhətdən onun uzun müddət bu vəzifədə qalmasına və Apple-ın kəskin kurs dəyişikliklərindən qaçmasına şərait yarada bilər.

Nəşrin fikrincə, hazırda brendə satış və ya əməliyyat sahəsində ixtisaslaşmış menecerdən daha çox texnologiya üzrə mütəxəssis lazımdır. Buna görə də direktorlar şurasının daha çox avadanlıq sahəsində təcrübəsi olan rəhbəri seçməsi ehtimal olunur.

Tim Kukun isə rəhbərlikdən ayrıldıqdan sonra direktorlar şurasında yer alacağı gözlənilir. Daha əvvəl digər texnoloji nəhənglərin sabiq rəhbərləri – Ceff Bezos və Bill Qeyts də eyni addımı atmışdılar.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr