10.4 C
Баку
Воскресенье, 22 марта, 2026
spot_img

«Black Ops 7″nin test versiyası işə düşəndən cəmi bir neçə saat sonra oyun çiterlərlə doldu

Şuter janrının yeni nəsil oyunlarında yaradıcılar çitlərə qarşı ciddi addımlar atıblar — Battlefield 6 və Call of Duty: Black Ops 7 oyunlarını işə salmaq üçün Secure Boot funksiyası tələb olunur. Lakin bu sərt tədbirlər uzun illərin “xəstəliyini” aradan qaldıra bilməyib.

Oyunçular sosial şəbəkələrdə Call of Duty: Black Ops 7 beta versiyasında çitlərin çoxluğundan şikayətlənirlər — testin başlamasından cəmi bir neçə saat sonra onlar artıq bütün oyunu bürümüşdülər. Çit alətləri köhnə və tanışdır: rentgen görmə (wallhack) və avtomatik hədəflənmə (aimbot).

Beləliklə, gücləndirilmiş qoruma tədbirlərinin ilk mərhələdə uğursuz olduğu açıq-aşkar görünür — halbuki, şuterin beta versiyasında Ricochet Anti-Cheat sisteminin təkmilləşdirilmiş versiyası hələ quraşdırılmayıb. Hazırda konsol oyunçularına rahat oyun mühiti üçün krosspleyi söndürmək tövsiyə olunur.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr