5 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Çin polisləri süni intellektli eynəklərdən istifadə etməyi başlayıb

Çinin Çanşa şəhərinin yol polisi gündəlik işində süni intellektli eynəklərdən istifadə etməyə başlayıb. Bu cihaz inspektorlara cəmi bir baxışla avtomobil haqqında tam məlumat əldə etməyə imkan verir ki, bu da yollardakı yoxlamaları xeyli sürətləndirir.

Eynəklər intellektual stabilləşdirmə alqoritmi ilə təchiz olunmuş 12 meqapiksellik genişbucaqlı kamera ilə təchiz edilib. Bu texnologiya sayəsində istifadəçi hərəkət zamanı belə aydın görüntü əldə edə bilir. Cihaz bir dəfə enerji yığımı ilə 8 saata qədər işləyə bilir ki, bu da tam bir növbə üçün kifayətdir.

Qadcet şəbəkəyə qoşulmadan belə dövlət nömrə nişanlarını 99%-dən yüksək dəqiqliklə avtomatik tanıyır. Cavab müddəti isə bir saniyədən azdır və işıqlandırma şəraitindən asılı deyil.

Nömrə tanındıqdan sonra sistem real vaxt rejimində yol polisinin məlumat bazasına qoşulur və avtomobilin qeydiyyatı, texniki baxışı və qayda pozuntuları barədə məlumatları daxili ekranda vizual açılan pəncərələr şəklində göstərir.

Bundan əlavə, qadcet üz tanıma, video çəkilişi və 10-dan çox dilə səsli tərcüməni dəstəkləyir. Süni intellektli eynəklər sayəsində bir zolaqda avtomobil yoxlanışı 30 saniyədən 1–2 saniyəyə enib, buraxılış qabiliyyəti isə təxminən 80% artıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr