Dekabr ayının ən aktual mövzusu — data mərkəzlərinin operativ yaddaş modullarına artan tələbatı fonunda komponentlərin kəskin bahalaşmasıdır. Bu tendensiya ilk növbədə PC istifadəçiləri üçün problemlər vəd etsə də, ekspertlər bazardakı mürəkkəbləşmiş vəziyyətin ümumilikdə oyun sənayesinin inkişaf tempinə mənfi təsir göstərəcəyini düşünürlər.
Nüfuzlu insayder Tom Henderson narahatedici məlumatlarla çıxış edib. Onun mənbələrinə görə, yeni oyun konsollarının buraxılışı böyük ehtimalla qeyri-müəyyən müddətə təxirə salınacaq. Daha əvvəl istehsalçılar 2027–2028-ci illəri hədəfləyirdilər, lakin operativ yaddaşın əlçatanlığı ilə bağlı problemlər bu planlara yenidən baxmağa məcbur edib. Gözləntilərə əsasən, yaranmış çatışmazlıq cihazların qiymətlərinə də təsir göstərəcək.
Henderson həmçinin qeyd edib ki, platforma sahibləri hazırkı oyun konsollarının qiymətlərini də artıra bilərlər — ən azı sənaye nümayəndələri bu cür addımları istisna etmirlər. Xatırladaq ki, analitiklər də daha əvvəl oxşar fikirlər səsləndiriblər: Circana agentliyindən Mət Piskatella, məsələn, bu yay orijinal Nintendo Switch-in qiymətinin artıq 40 dollar bahalaşdığını bildirib. Ekspertlər hesab edirlər ki, zaman keçdikcə vəziyyət daha da ağırlaşacaq və oyunçular çətin dövrlərə hazır olmalıdırlar.
Fikirləriniz ?



