Bütün geymerlərin gec-tez elə bir anı olur ki, oyun hansısa baq, təsadüfi hadisə və ya sadəcə pis günə düşdüyü üçün əsəbləri pozur və bu zaman tərtibatçılara onlar haqqında düşündüyün hər şeyi demək istəyirsən. Amma məlum olub ki, bəzi oyunların fanatları digərləri ilə müqayisədə xeyli daha toksikdir.
“Streamproject DE” şirkəti hansı oyun icmalarının daha aqressiv və toksik olduğunu müəyyənləşdirmək üçün araşdırma aparıb. Bunun üçün iki həftə ərzində Reddit-də paylaşımlar izlənilib, təhqirlər, eləcə də qeyri-etik ifadələr və söyüşlər qeydə alınıb.
Nəticədə məlum olub ki, ən çox söyüş işlədən oyunçular ARC Raiders oyununa aiddir. Halbuki reliz zamanı bu oyun ən mehriban icmalardan birinə sahib hesab olunurdu. Cəmi iki həftə ərzində şuterin fanatları 1 447 dəfədən çox söyüş işlədib. Oyun, toksik auditoriyası ilə tez-tez gündəmə gələn Dota 2-ni belə geridə qoyub. Ən toksik icmaya malik oyunların ilk beşliyi belədir:
1. ARC Raiders — 1 447 qeyri-etik söz
2. Dota 2 — 1 429 qeyri-etik söz
3. Baldur’s Gate III — 1 421 qeyri-etik söz
4. NBA 2K26 — 1 404 qeyri-etik söz
5. The Outer Worlds 2 — 1 398 qeyri-etik söz
Fikirləriniz ?



