CES 2026 sərgisi zamanı “NVIDIA Deep Learning Super Sampling” texnologiyasının böyük yeniləməsini təqdim etdi. Yeni DLSS 4.5 versiyası ikinci nəsil Super Resolution modeli və 6x Multi Frame Generation rejimini əhatə edir. Bu yeniliklər oyunlarda 5 əlavə kadr yaradaraq 240 FPS-dən yüksək performans təmin edə bilər.
DLSS 4.5 görüntü keyfiyyətində ciddi irəliləyişlər gətirir: daha dəqiq hamarlama, azaldılmış halo effektləri və daha stabil FPS. Təqdimat zamanı texnologiya müxtəlif oyunlarda nümayiş etdirilib. Məsələn, The Elder Scrolls IV: Oblivion Remastered oyununda “ghosting” effekti azaldılıb, Kingdom Come: Deliverance II-də isə bəzi səhnələrdə titrəmə minimuma endirilib.
Şirkətin bildirdiyinə görə, DLSS 4.5 Super Resolution bütün rejimlərdə görüntünü yaxşılaşdırır, lakin ən böyük fərq Performans və Ultra Performans rejimlərində hiss olunur.
RTX 50 seriyası sahibləri üçün 6x Multi Frame Generation rejimi əlçatan olacaq və bu rejim hər render olunan kadr üçün 5 əlavə kadr yarada biləcək. Bundan əlavə, Dynamic Multi Frame Generation sistemi yüklənmədən asılı olaraq kadr generasiyasını avtomatik tənzimləyir.
DLSS 4.5 bütün RTX videokartlarda işləyir, lakin maksimum potensialını RTX 40 və 50 seriyalarında göstərir. Ətraflı məlumat Nvidia-nın rəsmi saytında mövcuddur.
Fikirləriniz ?



