Şirkət yeni patent müraciətində qatlanan smartfonun yeni konsepsiyasını nümayiş etdirib. Renderlərdə göstərilən vertikal qatlanan model (clamshell), rəqiblərindən fərqli olaraq həm içəriyə, həm də çölə doğru qatlana biləcək.
Sənəddəki illüstrasiyalara əsasən, smartfonun arxa hissəsində əlavə ekran yoxdur və menteşə korpusun tam mərkəzində yerləşmir. Bu səbəbdən cihaz qeyri-simmetrik şəkildə qatlanır. Ehtimal olunur ki, bu həll arxa istiqamətə qatlanma zamanı əsas kameranın örtülməməsi üçün seçilib.
Tanış elementlər arasında əsas çevik (qatlanan) displey və iki dairəvi kəsik diqqət çəkir. Onlar böyük ehtimalla kamera və onun yanında yerləşən LED flaşı ifadə edir. Yan tərəfdən smartfon nisbətən nazik görünür, yan kənarlarda isə güc düyməsi və səs tənzimləmə düymələri seçilir.
Hazırda Samsung-un bu yeni qatlanan modeli yalnız patent mərhələsindədir. Onun nə vaxtsa kommersiya məhsulu kimi təqdim olunub-olunmayacağı isə hələlik məlum deyil.
Fikirləriniz ?




