International Data Corporation (IDC) şirkəti qlobal PC (fərdi kompüter) bazarında ötən ilin yekunlarını əks etdirən yeni analitik hesabatını yayımlayıb. 2025-ci ilin 4-cü rübündə brendlər ümumilikdə 76,45 milyon ədəd texnika tədarük ediblər və bu tədarüklərin əsas hissəsi beş iri brendin payına düşüb.
Ötən ilin tamamında hazır PC-lərin tədarük həcmi 248,7 milyon ədəd təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 8,1% çoxdur. Dekabr ayının sonuna olan vəziyyətə görə lider Lenovo olub — şirkət 25,3% bazar payı (+14,4% 2024-cü ilin 4-cü rübü ilə müqayisədə) ilə 19,3 milyon cihaz tədarük edib.
Sonrakı yerlərdə HP və Dell qərarlaşıb — müvafiq olaraq 15,4% (+12,1%) və 11,7% (+18,2%). Dördüncü yerdə Apple qərarlaşıb və 9,3% (+0,2%) bazar payına sahib olub. Beşinci pillədə isə ASUS yer alıb — 7,1% (+10,9%). Aşağıdakı cədvəldə illik müqayisədə tədarük həcmlərinin dinamikası da göstərilib.
Mövcud bazar reallıqlarını nəzərə alan IDC analitikləri hazır P-lərdə operativ yaddaş (RAM) göstəricilərinin azalacağını və eyni zamanda qiymətlərin artacağını proqnozlaşdırırlar. Onların fikrincə, Lenovo kimi iri brendlər bu böhranı nisbətən stabil şəkildə adlada biləcək, lakin kiçik brendlər üçün bu vəziyyət ciddi çağırış olacaq.
Fikirləriniz ?




