Kriptomayning şirkətləri fəaliyyət istiqamətini dəyişir və süni intellekt sahəsinə üstünlük verməyə başlayır. Bunun səbəbi bitcoin hasilatının getdikcə daha çətin və daha az gəlirli olması, eyni zamanda süni intellekt üçün hesablama gücünə tələbatın sürətlə artmasıdır.
Maynerlərin artıq bu gün xüsusilə dəyərli sayılan əsas aktivləri var: iri data mərkəzləri, inkişaf etmiş soyutma sistemləri, torpaq sahələri və elektrik enerjisi üzrə uzunmüddətli müqavilələr. Məhz bu cür infrastruktur süni intellekt istiqamətini aktiv şəkildə genişləndirən Amazon, Microsoft, Alphabet və Meta kimi texnologiya nəhənglərinə lazımdır.
Süni intellektə keçidi asan proses adlandırmaq olmaz. Süni zəka yükləri ilə işləmək üçün daha mürəkkəb soyutma və şəbəkə infrastrukturu tələb olunur. Buna baxmayaraq, keçmiş maynerlərlə əməkdaşlıq süni zəka şirkətlərinə sıfırdan data mərkəzləri tikməkdənsə, daha tez və daha az xərc ilə yeni gücləri işə salmağa imkan verir.
Bəzi şirkətlər isə daha da irəli gedir. Məsələn, Core Scientific 2028-ci ilə qədər bitcoin mayninqindən tamamilə imtina etməyi və fəaliyyətini yalnız süni intellekt müştərilərinə xidmət göstərməyə yönəltməyi planlaşdırdığını açıqlayıb.
Fikirləriniz ?



