Videooyunlardakı reklam bannerləri artıq çoxdan adi hala çevrilib. Yeni məhsulların bu cür aqressiv şəkildə sırınması çoxlarının xoşuna gəlməsə də, göründüyü kimi, bu cür praktikaların müəyyən üstünlükləri də var.
Məsələn, Forza Horizon 5 oyununda artıq ictimaiyyətin diqqəti yaxınlaşan Forza Horizon 6 və onun premium buraxılışının tezliklə çıxacağına yönəldilməyə başlanıb. Hər şey normal olardı, əgər reklam mətninə təsadüfən Turn 10 Studios və Playground Games tərəfindən hazırlanan yeni yarış oyununun buraxılış tarixi düşməsəydi.
Beləliklə, promo bannerə əsasən, seriyanın altıncı hissəsi 19 may tarixində PC və Xbox Series platformaları üçün çıxacaq. Genişləndirilmiş (Premium) buraxılışın sahibləri isə oyuna bir qədər tez — 15 may tarixində giriş əldə edəcəklər. Oyunun PlayStation 5 üçün nə vaxt çıxacağı isə, təəssüf ki, qeyd olunmur.
Bannerdə göstərildiyi kimi, oyunda 550-dən çox avtomobil olacaq. Bundan əlavə, buraxılışdan sonra yarış üçün ən azı iki əlavə DLC və italyan avtomobillərindən ibarət paket təqdim ediləcək. Həm DLC-lər, həm də bu avtomobil paketi Premium Edition tərkibinə daxil olacaq.
Microsoft və tərtibatçılar bu maraqlı sızma ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər. Böyük ehtimalla, 22 yanvar tarixində keçiriləcək Developer_Direct təqdimatına qədər bu mövzu ilə bağlı səssizlik qorunacaq.
Fikirləriniz ?



