6 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Sahibkarlar bildirirlər ki, süni intellektin tətbiqi əksər hallarda xərcləri geri qaytarmır

 “PwC” konsaltinq şirkəti — iri şirkət rəhbərləri arasında süni intellektə yatırımların səmərəliliyi ilə bağlı sorğu aparıb. Nəticələr nikbin olmayıb: bəzi biznesmenlər heç bir fayda görmədiklərini, bəziləri isə trend dalınca gedərək zərərə düşdüklərini bildiriblər.

4454 respondentdən yalnız 12%-i süni zəkanın xərcləri azaltdığını və gəliri artırdığını deyib. Daha 26% cüzi xərclərin azaldığını qeyd etsə də, real fayda görməyib. Təxminən eyni sayda iştirakçı isə xərclərinin artdığını etiraf edib.

Süni zəkadan ən çox tələbatın yaradılmasında (22%), müştəri dəstəyində (20%) və məhsulun hazırlanmasında (19%) istifadə olunub. Şirkətlərin az bir hissəsi texnologiyanı geniş miqyasda tətbiq edib. PwC-nin ötənilki araşdırmasına görə, işçilərin cəmi 14%-i süni zəkadan gündəlik istifadə edir.

Gələcəyə baxışda yalnız 30% rəhbər süni zəka hesabına gəlirlərin artacağına inanır. Bu göstərici ötən il 38% idi. PwC analitikləri hesab edirlər ki, süni intellektin biznesdə tətbiqi hələ ilkin mərhələdədir və real iqtisadi effekt üçün daha çox investisiya, aydın yol xəritəsi və risklərin idarə olunması tələb olunur.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr