5.9 C
Баку
Вторник, 10 марта, 2026
spot_img

Apple iPhone prosessoru ilə işləyən ucuz «Macbook Neo» noutbukunu təqdim edib — qiyməti 599$-dan başlayır

Apple yeni MacBook Neo modelini təqdim edib. Bu noutbuk iPhone 16 Pro-da istifadə olunan A18 Pro prosessoru ilə işləyir və şirkətin ən ucuz noutbuku hesab olunur.

MacBook Neo 13 düymlük Liquid Retina ekran, 500 nit parlaqlıq, 16 saata qədər batareya ömrü və 8 GB operativ yaddaş ilə gəlir. Apple bildirir ki, gündəlik tapşırıqlarda bu model Intel Core Ultra 5 prosessorlu noutbuklardan 50% daha sürətlidir.

Noutbukda Wi-Fi 6E, Bluetooth 6, Full HD kamera, iki mikrofon və iki stereo dinamik mövcuddur.

Qiymətlər:
• 256 GB — 599 dollar
• 512 GB + Touch ID — 699 dollar

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr