5.9 C
Баку
Вторник, 10 марта, 2026
spot_img

Microsoft yeni Xbox konsolunu elan etdi — [Video]

Gamer-lər və media Xbox brendinin acınacaqlı vəziyyətinə görə Microsoft-u fasiləsiz tənqid edir. Köhnə fanatlar hesab edir ki, şirkət konsol bazarını könüllü şəkildə rəqiblərə təhvil verib. Bu yaxınlarda isə Microsoft Gaming-in rəhbəri vəziyyəti düzəldəcəyinə söz verib və dərhal işə başlayıb.

5 mart axşamı şirkət “Project Helix” adlı yeni oyun konsolunu elan edib. Gözlənildiyi kimi, qurğu yalnız konsol oyunlarını deyil, həm də PC oyunlarını işlədə biləcək.

Microsoft Gaming rəhbəri Aşa Şarma bildirib ki, daha ətraflı məlumat Game Developers Conference tədbirində açıqlanacaq. Konfrans gələn həftə — 9-13 mart tarixlərində San-Fransisko şəhərində keçiriləcək.

Yeni Xbox haqqında şayiələr artıq bir neçə ildir yayılır. İnsayderlər və sənaye nümayəndələrinin sözlərinə görə, konsol AMD prosessor və qrafik həlləri əsasında hazırlanır. Bundan əlavə, qurğunun yalnız Microsoft oyunlarını deyil, həm də Steam, Epic Games Store və digər platformaların oyunlarını işə salmağa imkan verəcəyi iddia olunur.

Gözlənilir ki, cihazın rəsmi təqdimatı 2027-ci ildə baş tutsun. Lakin buraxılış tarixi komponent çatışmazlığı səbəbindən dəyişə bilər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr