6.4 C
Баку
Четверг, 12 марта, 2026
spot_img

Bloqer Galaxy S26 Ultra-nı dözümlülük üçün drop-testdə sınaqdan keçirdi — [Video]

YouTube-da “PBKreviews” kanalında Samsung Galaxy S26 Ultra-nın düşmələrə qarşı davamlılığını göstərən video yayımlanıb. Müəllif titan çərçivədən imtina edildikdən sonra smartfonun nə dərəcədə davamlı olduğunu yoxlayıb.

Galaxy S26 Ultra-nın ekranı Corning Gorilla Armor 2 şüşəsi ilə qorunur, arxa panel Victus 2 ilə örtülüb, çərçivə isə möhkəmləndirilmiş alüminiumdan hazırlanıb. Test zamanı cihaz müxtəlif hündürlüklərdən və fərqli mövqelərdə yerə atılıb:

1. Baş hündürlüyündən ekran tərəfi aşağı – çərçivədə boya qopdu və alüminium zədələndi.
2. Baş hündürlüyündən arxa panel üzərinə – teleobyektiv qırıldı, çərçivədə əlavə boya qopmaları yarandı.
3. Bel hündürlüyündən yan tərəfə – çərçivədə kiçik batıqlar yarandı, obyektiv şüşəsi daha çox dağıldı.
4. Bel hündürlüyündən alt hissəyə – sol alt künc zədələndi, stilus yuvasından çıxdı.

Bloqerin sözlərinə görə, cihaz testi demək olar ki, Galaxy S25 Ultra ilə eyni nəticə ilə keçib. Alüminium çərçivə titan qədər möhkəm olmasa da, smartfonun işləməsinə təsir etməyib. Əsas fərq isə yeni modeldə teleobyektivin qırılması olub; bunun səbəbi kameraların ətrafındakı daha nazik qoruyucu halqalar ola bilər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr