8.5 C
Баку
Среда, 18 марта, 2026
spot_img

Analitik: Resident Evil Requiem yaşlı gamer-lər arasında çox populyardır

Resident Evil Requiem buraxılışdan sonra böyük rekordlara imza atıb. Oyun seriya tarixində eyni anda onlayn olan oyunçu sayına görə rekord qırıb və relizin ilk günlərində 5 milyon nüsxə satılıb.

Analitik Matt Piscatella bildirib ki, oyun ABŞ-da Steam platformasında reliz günü aktiv istifadəçilərə görə 2-ci yerə, PlayStation-da 9-cu, Xbox-da isə 11-ci yerə yüksəlib. Martın 3-nə qədər isə PlayStation-da oyun 4-cü yerə qədər qalxıb. Tək oyunçu (single-player) layihəsi üçün bu, çox yüksək nəticə hesab olunur.

Maraqlı məqamlardan biri isə auditoriya ilə bağlıdır. Circana PlayerPulse məlumatlarına görə, oyunu alanların 60%-dən çoxu 35 yaşdan yuxarı gamerlərdir. Bu da göstərir ki, Resident Evil Requiem xüsusilə daha yaşlı oyunçular arasında böyük populyarlıq qazanıb.

Bundan əvvəl isə oyunda yer alan son dərəcə çətin final tapmacası da gündəm olmuşdu. Oyunçular bu tapmacanı yalnız datamining vasitəsilə həll edə biliblər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr