17 mart tarixində POCO yeni POCO X8 smartfon seriyasını təqdim edəcək. Seriyaya Pro və Pro Max modelləri daxildir. Yeni cihazlar güclü MediaTek Dimensity prosessorları, böyük batareya, parlaq ekran və IP68 su-toz qorunması ilə gəlir.
POCO X8 Pro:
Model Dimensity 8500 Ultra prosessoru ilə işləyir və AnTuTu testində təxminən 2,3 milyon bal toplayır. Bu performans gündəlik istifadə və mobil oyunlar üçün kifayətdir.
Smartfon 6500 mAh batareya və 100W sürətli enerji doldurma ilə təchiz olunub. 27W gücü ilə digər cihazları da şarj edə bilir.
Cihaz IP68 qorunmasına malikdir. 6,59 düymlük ekranın 3500 nit parlaqlığı günəş altında belə yaxşı görünür. Kamera isə Sony IMX882 sensoru və OIS ilə gəlir.
POCO X8 Pro Max
Daha güclü model Dimensity 9500s prosessoru ilə AnTuTu testində təxminən 3 milyon bal göstərir. 3D IceLoop soyutma sistemi yüksək yüklənmədə stabil işləmə təmin edir.
Smartfon 8500 mAh batareya ilə təxminən 2 gün işləyə bilir və 100W HyperCharge sürətli şarj dəstəkləyir.
Metal korpus IP68 qorunması ilə hazırlanıb. Ön hissədə 6,83 düymlük 1.5K AMOLED ekran (3500 nit) yerləşir. Əsas kamera 50 MP Light Fusion 600 sensoru və OIS ilə təchiz olunub.
Fikirləriniz ?



