Artıq dostlardan pul yığmağa ehtiyac yoxdur.
Wolt Azərbaycanda yeni Split Payments funksiyasını istifadəyə verib. İndi qrup sifarişi zamanı hər kəs seçdiyi məhsulun ödənişini birbaşa öz hesabından edə bilər.
Əvvəllər bir nəfər bütün sifarişin pulunu ödəyir, sonra isə digərlərindən payını toplamalı olurdu. Yeni funksiya ilə isə bu proses xeyli sadələşir.
İstifadəsi də çox asandır:
• Qrup sifarişi yaradın;
• “Hər kəs öz sifarişini özü ödəyir” seçimini aktiv edin;
• Link və ya QR kodu dostlarınızla paylaşın;
• Hər iştirakçı yalnız öz sifarişini ödəsin.
Bu yenilik xüsusilə dostlarla, ailə üzvləri və ya iş yoldaşları ilə birlikdə sifariş verənlər üçün həm rahatlıq, həm də vaxta qənaət deməkdir.
Fikirləriniz ?




