Artıq bir neçə ildir ki, internet istifadəçiləri AI vasitəsilə videooyun personajlarının “realistik” versiyalarını yaradır. İndi isə bu təşəbbüsü NVIDIA davam etdirib.
Martın 16-da şirkət RTX 50 seriyalı videokartlar üçün DLSS 5 texnologiyasını təqdim etdi. Yeniliyin əsas xüsusiyyəti işıqlandırmadır: süni intellekt real vaxtda neyron renderinq vasitəsilə daha inandırıcı kölgələr və detalları yaradır, nəticədə görüntü və personajlar daha realistik görünür.
Texnologiya Resident Evil Requiem, Oblivion Remastered, Hogwarts Legacy və Assassin’s Creed Shadows kimi oyunlarda nümayiş etdirildi. NVIDIA bildirir ki, vizual nəticə tərtibatçıların seçimindən asılı olacaq. Şirkət artıq Capcom, Bethesda, Ubisoft və digər studiyaların dəstəyini alıb. Todd Howard da DLSS 5-i tərifləyərək Starfield-in indi onun təsəvvür etdiyi kimi göründüyünü deyib.
Bununla belə, demo üçün iki RTX 5090 tələb olunub və texnologiya hələ tam hazır deyil — rəsmi çıxış 2026-cı ilin payızına planlaşdırılır.
Elan birmənalı qarşılanmadı: bəzi gamerlər və tərtibatçılar AI filtrlərinin oyunun bədii stilini pozduğunu bildirib. Onların fikrincə, texnologiya görüntünü yenidən qurur və personajların görünüşünü dəyişir.
Digər tərəfdən, mütəxəssislər DLSS 5-i müdafiə edərək bildirirlər ki, texnologiya genAI istifadə etmir və gələcək məhz bu istiqamətdədir.
Fikirləriniz ?



