25.8 C
Баку
Среда, 1 июля, 2026
spot_img

Ferrari Luce təqdimatından sonra şirkətdə ilk istefa baş verdi

 Ferrari marketinq və kommersiya istiqamətinin rəhbərliyində dəyişiklik etdiyini açıqlayıb. Bu rəsmi şəkildə təsdiqlənməsə də, kadr dəyişikliyinin şirkətin ilk elektromobili olan Ferrari Luce modelinin uğursuz təqdimatı ilə əlaqəli olduğu ehtimal edilir.

İyulun 1-dən etibarən marketinq direktoru vəzifəsini BMW-nin İtaliya bölməsinin sabiq rəhbəri Massimiliano Di Silvestre tutacaq. Ferrari-də 16 ildən çox çalışan Enriko Qalyera isə şirkəti tərk edəcək. Ferrari bu qərarın top-menecerin karyerasında yeni mərhələ ilə bağlı olduğunu bildirsə də, onun gedişi Luce modelinin mübahisəli təqdimatından cəmi bir neçə həftə sonra baş verib.

Yeni elektromobilin təqdimatı şirkətin gözlədiyi qədər uğurlu alınmadı. Təqdimatdan sonra Ferrari səhmləri bir gün ərzində təxminən 8% ucuzlaşdı. Avtomobilin dizaynı isə brendin pərəstişkarları arasında ciddi müzakirələrə səbəb oldu. Sosial şəbəkələrdə çoxsaylı memlər və müqayisələr yayıldı, nəticədə dizayn ətrafındakı müzakirələr avtomobilin digər xüsusiyyətlərini kölgədə qoydu.

Bir sıra analitiklər və ixtisaslaşmış media hesab edir ki, problemlərdən biri də təqdimat strategiyası olub. Ferrari rəsmi debütdən əvvəl modelin adını, keçmiş Apple dizayneri Conni Ayvın iştirakı ilə hazırlanan interyeri və əsas texniki göstəriciləri açıqlamışdı. Buna görə də təqdimatda yeganə əsas yenilik avtomobilin xarici görünüşü oldu və məhz bu da tənqid hədəfinə çevrildi.

Bundan əlavə, jurnalistlər üçün tam hüquqlu test sürüşlərinin təşkil edilməməsi də suallar doğurdu. Ferrari elektromobil olmasına baxmayaraq, Luce modelinin markaya xas sürüş hisslərini təqdim edəcəyini vurğulasa da, media nümayəndələrinə avtomobili şəxsən sınaqdan keçirmək imkanı verilmədi.

Xatırladaq ki, Ferrari Luce modelinin 2027-ci ildə satışa çıxarılması planlaşdırılır və başlanğıc qiymətinin 550 min avrodan başlayacağı gözlənilir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr