25.8 C
Баку
Среда, 1 июля, 2026
spot_img

FarCry serialının aktyor heyətinə «İlllüziya Oyunu» və «127 saat» filmlərinin ulduzu qoşuldu

Ubisoft hazırda təkcə yeni Far Cry oyunu üzərində deyil, həm də bu franşiza əsasında çəkilən serial üzərində fəal işləyir. Çəkilişlər hələ başlamasa da, şirkət aktyor heyətini tədricən açıqlamağa davam edir.

Aktyor heyətinə Lizzy Caplan qoşulub. 43 yaşlı aktrisa Mean Girls filmindəki Cenis, Cloverfield filmindəki Marlena və Now You See Me filmlərindəki Lula Mey rolları ilə tanınır. Onun serialda hansı obrazı canlandıracağı hələ açıqlanmayıb, lakin mediada yayılan məlumata görə, əsas qəhrəmanlardan birini oynayacaq.

Serialda həmçinin Rob McElhenney də rol alacaq və layihənin şourannerlərindən biri olacaq. Çəkilişlərə isə Noah Hawley rəhbərlik edəcək. O, daha əvvəl Fargo və Alien: Earth layihələri üzərində çalışıb.

Far Cry serialı antologiya formatında hazırlanır. Bu o deməkdir ki, hər mövsüm Ubisoft oyunlarının kainatında keçən fərqli bir hekayəni təqdim edəcək. İstehsal prosesinin 2026-cı ilin sentyabrında başlaması planlaşdırılır, serialın yayımlanma tarixi isə hələ açıqlanmayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr