BTS və məşhur strimer iShowSpeed-in birgə görüntüsü sosial şəbəkələrdə rekord nəticə göstərib.
Futbol üzrə 2026 Dünya Çempionatının finalından sonra çəkilən video cəmi 24 saat ərzində 300 milyon baxış toplayaraq internetin ən çox izlənilən videolarından birinə çevrilib.
Kadrlarda iShowSpeed BTS üzvləri ilə görüşür, sevincini gizlədə bilmir, qışqırır və hətta salto atır. Video qısa müddətdə TikTok, Instagram, X (Twitter) və digər platformalarda viral olub.
Bu nəticə həm BTS-in qlobal populyarlığını, həm də iShowSpeed-in sosial şəbəkələrdəki böyük təsir gücünü bir daha nümayiş etdirir.
Fikirləriniz ?



