25.8 C
Баку
Среда, 1 июля, 2026
spot_img

Microsoft Xbox-da GTA VI satışlarının zəif olması ilə bağlı şayiələri təkzib edib

Keçən həftə Rockstar Games və Take-Two Interactive GTA VI üçün ön sifarişləri açdı. Sony oyunun əsas tərəfdaşlarından biri olduğu üçün reklam kampaniyası əsasən PlayStation platformasında aparılır.

Bunun ardından internetdə GTA VI-nın PlayStation-da Xbox-dan 8 dəfə çox satıldığı barədə iddialar yayıldı. Lakin Microsoft bu məlumatların doğru olmadığını bildirib.

Xbox nümayəndələri qeyd edib ki, ön sifarişlər rekord səviyyədədir və internetdə yayılan rəqəmlər rəsmi satış statistikasını əks etdirmir.

Xatırladaq ki, Grand Theft Auto VI 19 noyabr tarixində satışa çıxacaq. Oyunun Standard Edition versiyası 80 dollar, Ultimate Edition isə 100 dollar olacaq. Fiziki qutularda isə disk deyil, yalnız aktivasiya kodu təqdim ediləcək.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr