28 C
Баку
Суббота, 11 июля, 2026
spot_img

Konsol yenə də konsol olaraq qalacaq: Sony gələcək Playstation barədə olanlarından danışdı

Sony gələcək nəsil PlayStation konsolları ilə bağlı baxışını formalaşdırır. Şirkət yeni nəsildə oyun kompüterləri ilə birbaşa rəqabət aparmaq niyyətində deyil və istifadəçilərə özünəməxsus oyun təcrübəsi təqdim etməyi hədəfləyir.

İnvestorlarla keçirilən görüş zamanı Sony rəhbərliyi PC gaming-a artan populyarlığına münasibət bildirib. Şirkət etiraf edib ki, getdikcə daha çox istifadəçi eyni anda müxtəlif platformalarda oyun oynayır. Bununla belə, Sony oyun kompüterlərini PlayStation-un əsas rəqibi hesab etmir. Əvəzində şirkət öz ekosistemini inkişaf etdirməyə və digər platformalarda əldə olunmayan üstünlüklər təqdim etməyə fokuslanacaq.

“Növbəti nəsil platformamız üçün məqsədimiz sadəcə oyun kompüterinə alternativ yaratmaq deyil, PlayStation-a xas unikal dəyər təqdim etməkdir. Söhbət təkcə texniki tərəqqidən getmir. Biz oyun ssenarilərini genişləndirmək və istifadəçilərin yalnız qonaq otağında deyil, müxtəlif şəraitdə rahat şəkildə oyun oynamasını təmin etmək istəyirik.” (Sony təqdimatından)

Sony hələlik növbəti PlayStation konsolu barədə texniki detallar və təqdimat tarixi açıqlamayıb. Bununla belə, insayderlərin məlumatına görə, yeni konsolun yaxın iki il ərzində təqdim olunacağı gözlənilmir. Görünən odur ki, şirkət təkcə yeni konsolun performansına deyil, həm də PlayStation ekosisteminin daha da inkişafına böyük önəm verir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr